Həkim: "Yay aylarında bu məhsullardan istifadə etməyin"

21:57 7 Avqust 2023

"Məsləhət görərdim ki, səhər saat 10-a qədər, axşam saat 6-dan sonra insanlar günə çıxsınlar və güneş kremindən istifadə etməsinlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında tanınmış həkim Seyfəddin Əsəd deyib.

Onun sözlərinə görə, günəş kreminin istifadəsi vitamin D-nin yaranmasının qarşısını alır: "Günəşə çıxarkən təhlükəsizlik baxımından gün altında çox dayanmaq olmaz, günəşə qeyd olunan saatlarda çıxmaq məsləhətlidir. Günəşə günorta saatlarında çıxdıqda isə çətirdən istifadə məqbuldur. Gün ərzində isə 3 litirdən artıq suç içmək lazımdır. Ağartı və göyərti məhsullarından istifadə yararlı hesab olunur. Ət məhsulları ilə hazırlanan yeməkləri isti havalarda yemək məsləhət görülmür.

Həkim bildirib ki, səhər və axşam radələrində duş qəbul etmək sərinləmək üçün yaxşı vasitələrdən biridir: "Gün vurma halı yaşayan insanı kölgəyə çəkmək, buzdan, soyuq sudan və masajdan istifadə etmək lazımdır. Sintetik tərkibli paltarlar, corablar geyinmək məsləhətli deyil. Ayaqqabılar isə daha çox açıq formada olmalıdır. Axşam yatan zaman pəncərənin açılması kondisionerdən daha təbiidir.

Aytəkin Əliyeva

Sitat.info



Xəbər xətti