"Saakaşvilinin məqsədi Bakının da dəstəyini almaqdır" - Politoloqdan açıqlama

18:18 9 Avqust 2023

"Fikrimcə, həbsdə ağır sağlıq problemləri olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin facebook səhifəsində Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi zamanı Azərbaycanın ölkəsinə verdiyi hərtərəfli dəstəklə bağlı açıqlamasının məqsədi azadlığa qovuşmasında Bakının da dəstəyini almaqdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın daxili işlərinə qarışmır, ancaq orası da var ki, Mixail Saakaşvili dönəmində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı və əksəriyyətimiz bunu unutmuruq: "“Azərbaycan bizi yanacaq və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi” deyən Saakaşvilinin qonşu dövlətdən hərbi dəstək aldığını da sözlərinə əlavə etməsi diqqəti çəkib. Bəli, Rusiya 2008-ci ildə Gürcüstanın içərilərinə doğru daha çox soxulsaydı bu Azərbaycanın da təhlükəslzik maraqlarına ciddi təhdid yaradacaqdı. Ona görə də Bakının Gürcüstanı hərtərəfli dəstəyi vacib idi. Mixail Saakaşvilinin həmin dövrdə Ermənistanın Gürcüstana dəstəyinin nədən ibarət olduğunu söyləməsi də maraqlı olardı".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti