ABŞ Dövlət Departamentinin və Müdafiə Nazirliyinin siyasi məsləhətçisi Edvard Luttvak hesab edir ki, Qərb Kiyevə yardımı dayandırmaqla Ukraynanı sülh yolu ilə nizamlanmaya məcbur edə bilər, eyni zamanda Rusiyaya qarşı sanksiyalar da eyni məqsədlər üçün istifadə edilə bilər. Ukrayna Rusiya ilə hər gün ölkənin infrastrukturunun dağıdıldığı silahlı münaqişəyə tez son qoymaq üçün Krımı qaytarmaq fikrindən əl çəkməlidir.
Sitat.info xəbər verir ki, bu fikri Dövlət Departamentinin və ABŞ Müdafiə Nazirliyinin siyasi məsləhətçisi Edvard Luttvak deyib.
"Ukraynanın infrastrukturu hər gün məhv edilir və bu, Ukraynanın müharibəni dayandırması üçün çox yaxşı səbəbdir. Müharibəyə son qoymaq üçün onlar Krımı unutmalıdırlar", - o, RBC telekanalına müsahibəsində deyib.
Luttvak qeyd edib ki, Ukrayna Rusiya ilə münaqişədən sonra Krımı qaytara bilməyəcək, lakin öz müstəqilliyini və müstəqil qərarlar qəbul etmək imkanını, məsələn, NATO-ya daxil olmaq imkanını saxlayacaq. "Seçim Ukraynanın özündədir", - ekspert vurğulayıb.
Dövlət Departamenti məsləhətçisinin fikrincə, Qərb Kiyevə yardımı dayandırmaqla Ukraynanı sülh yolu ilə nizamlanmaya məcbur edə bilər, eyni zamanda Rusiyaya qarşı sanksiyalar da eyni məqsədlər üçün istifadə edilə bilər.
Nərgiz,
Sitat.info