Əhəd Məmmədli: "Üçüncü Qarabağ müharibəsi olarsa..."

15:42 14 Avqust 2023

"Düşünmürəm ki, İran açıq-aşkar Azərbaycana qarşı çıxsın. Təbii ki, birinci Qarabağ müharibəsində olduğu kimi yenə də Ermənistanın yanında olacaq. İkinci Qarabağ müharibəsində də yanında idi və öz safını bildirdi, hər növ dəstəyini göstərdi".

Bu sözləri sitat.info-ya danışan AĞ partiya başqanınin müavini Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın silahlanması İran ərazisindən keçir, Ermənistan üçün tranzit nəfəslik rolunu oynayır: "Erməni mediasına baxsanız görərsiniz ki, ən yaxın ölkə İran göstərilir. Ermənistana Rusiyadan da, Fransadan da yaxın ölkə İrandır. 3-cü Qarabağ müharibəsi olarsa, İran açıq-aşkar Ermənistanın yanında olmasa da, dolayı yollarla dəstək verəcək".

Ə. Məmmədli bu halda İranın açıq-aşkar Azərbaycana qarşı çıxacağını bildirib: "Əgər müharibə Zəngəzur cəbhəsində baş versə, İranın fikirincə onun maraqlarına toxunsa, İran açıq-aşkar Azərbaycana qarşı çıxa bilər. İran, Rusiya və ya Fransa Ermənistanın yanındadır deyə, Azərbaycan təbii ki, öz milli maraqlarından geri çəkilməli deyil. Bizim də yanımızda Türkiyə, Pakistan, dolayısı ilə Böyük Britaniyanın maraqları Azərbaycan maraqları ilə üst-üstə düşür. Hətta Böyük Yolunu nəzərə alsaq, Çinin maraqları maraqlarımızla üst üstə düşür. Rusiya indiki məqamda Türkiyə ilə Azərbaycanı qarşısına almaz. Hələ İsrailin dəstəyini demirəm".

Ayna Fərhad

Sitat.info



Xəbər xətti