"Vardanyan etiraf etdi ki, Qarabağın erməni əhalinin 90 faizi..." - Fuad Abbasovun ŞƏRHİ

16:04 16 Avqust 2023

"Naxçıvana, Ordubada, Gədəbəyə, eləcə də Azərbaycanın hərbi birliklərinin olduğu digər yerlərə Ermənistan tərəfindən atəş açılır. Bütün bunları da Müdafiə Nazirliyi dəfələrlə duyurur. Rusiyanın Qarabağa göndərdiyi Ruben Vardanyan son açıqlamasında deyir ki, Qarabağdakı silahlıların əksəriyyəti Azərbaycanla müharibədə iştirak etmiş "qəhrəmanlardır". Hansı ki, biz onları terrorçu kimi qəbul edirik. Bu artıq etirafdır. O etiraf edir ki, Qarabağ ermənilərinin 90 faizi separatçıdır, sVardanyanabah əlinə silah alıb Azərbaycanın ərazi bütövlüyünə qarşı savaşacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

O bildirib ki, bütün bunlar üst-üstə yığılıb elə bir məqama gətirib çıxaracaq ki, artıq yetər deyəcəyik: "Baxın, ay dünya ictimaiyyəti, diversantı tutduq, Vardanyanın, Araikin açıqlamaları ortada və sair. Bütün bunlar üst-üstə yığıldıqda artıq bizim çıxış yolumuz qalmır. Biz Madriddə, Kişinyovda, Moskvada, Brüsseldə, Vaşinqtonda - keçirilən bütün danışıqlarda iştirak etdik. Daha harada danışaq ki, ermənilərlə sülh bağlaya bilək? Bakıya çağırdıq gəlmədilər, Yevlaxa çağırdıq gəlmədilər, daha nə etməliyik? Bütün bunlar o deməkdir ki, artıq səbrimiz daşıb və anti-terror əməliyyatı ola bilər".

Siyasi şərhçinin sözlərinə görə, bu prosesi başlatmış olsaq, bu faktları əlimizdə tutsaq, dünya ictimaiyyətinin də Azərbaycanın torpaq bütövlüyünü qorumaq uğrunda fəaliyyətinə etiraz etməz. 

Nərgiz,

Sitat.info



Xəbər xətti