ABŞ Ukrayna taxılı üçün alternativ həmrəylik zolaqları yaradır - ŞƏRH

17:13 16 Avqust 2023

ABŞ Ukrayna taxılının ixracını alternativ ixrac marşrutlarından istifadə etməklə  genişləndirmək üçün Türkiyə, Ukrayna və Kiyevin qonşuları ilə danışıqlar aparır.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın dəstəklədiyi plan oktyabr ayına qədər Ukraynanın Dunay çayı üzərindən ayda dörd milyon ton taxıl ixrac etmək qabiliyyətini formalaşdırmağı nəzərdə tutur. Taxılın böyük hissəsi çay vasitəsilə və Qara dənizin dibi ilə yaxınlıqdakı Rumıniya limanlarına , sonra isə digər istiqamətlərə daşınacaq.

Bu marşrut daha yavaş və daha bahalı olsa da, ötən il Rusiya, Türkiyə və BMT ilə razılaşma əsasında yaradılmış Qara Dəniz Gəmiçilik Dəhlizinə alternativ ola bilər.

Rəsmilər bildirirlər ki, Ukraynanın Dunay boyunca ixrac qabiliyyətini artırmaq səyləri Türkiyə və BMT-nin Rusiyanı yenidən taxıl sazişinə cəlb etmək səyləri ilə paraleldir. Diplomatlar bildiriblər ki, ötən il sazişin imzalanmasında köməklik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna taxılının sentyabrın əvvəlində yığılmağa başlamazdan əvvəl müqaviləni yenidən açması üçün təzyiq edilir.

Vaşinqton rəsmisi bildirib ki, ABŞ Dunaydakı Ukrayna limanlarına gedən və çıxan gəmiləri qorumaq üçün hərbi həll yolları axtarır, lakin bununla bağlı təfərrüatlar verməkdən və ya hansı ölkələrin iştirak edəcəyini söyləməkdən imtina edir.

 ABŞ və qismən Avropa İttifaqının təşəbbüsü əsasında taxıl və digər malların Ukraynaya mümkün qədər rahat şəkildə daşınması üçün “həmrəylik zolaqları” adı altında avtomobil, dəmir yolu və dəniz marşrutlarının yaradılmasını planlaşdırır.

Məğrur,

Sitat.info



Xəbər xətti