ABŞ sakini tanımadığı şəxsə böyrəyini verdi

08:05 29 Mart 2022

46 yaşlı tənha ata Stiv Sanders nadir böyrək xəstəliyindən əziyyət çəkib

O, donor tapmaq üçün sayt yaradıb və hekayəsini sosial şəbəkədə paylaşıb.

Kişinin sözlərinə görə, o, 26 nəfərdən cavab alıb. Lakin onların bəziləri tibbi səbəblərə görə uyğun olmayıb. Bəziləri isə transplantasiyaya hazırlıq mərhələsində fikrini dəyişib.

40 yaşlı Kris Peres əhvalatı həyat yoldaşından öyrənib. Xanımı ona Sandersə kömək etməyi xahiş edib.

Peresin böyrəyi hər cəhətdən Sandersə uyğun gəlib.

Kişilər arasındakı telefon söhbəti bir neçə saat çəkib və nəticədə onlar dost olublar.



Xəbər xətti