Vaşinqton ABŞ-la İsrailin birgə istehsalı olan Arrow-3 raketdən müdafiə sisteminin Almaniyaya satışını təsdiqləyib.
Sitat.info xəbər verir ki, ALmaniya Müdafiə Nazirliyindən bu barədə açıqlama verilb.
Belə ki, 3,5 milyard avro dəyərində olan satış İsrailin indiyə qədərki ən böyük müqaviləsi olacaq.
Açıqlamada, İsrail və Almaniyanın layihənin başlaması üçün 600 milyon dollarlıq ilk ödəniş tranşı da daxil olmaqla öhdəlik məktubu imzalayacağı, həmçinin bütün müqavilənin bu ilin sonu
ABŞ tərəfindən imzalanmağa hazır olacağı qeyd edilib.
Qərb ekspertlərinin fikrincə, Rusiyanın Ukraynaya hücumu bir çox Avropa ölkələrində yerüstü hava hücumundan müdafiə sistemlərinin qeyri-kafi olduğunu və ya qitənin hazırlıqsızlığını ortaya qoydu.
Bəzi Avropa ölkələri orta mənzilli hava-hava taktiki hücumu və yer-hava raketi olan IRIS-T layihəsi üzərində işləyir.
Bununla belə, Patriot və IRIS-T hava hücumundan müdafiənin orta təbəqəsini əhatə edir, İsrail Aerokosmik və Boeing şirkətləri tərəfindən istehsal olunan Arrow-3 isə yuxarı təbəqəni qoruyur.
Arrow-3 nüvə, kimyəvi, bioloji və adi döyüş başlıqları daşıyan qitələrarası ballistik raketlər də daxil olmaqla, xarici atmosfer orbitində ballistik raketlərin tutulmasını təmin edir.
Hədəflə toqquşan çıxarıla bilən döyüş başlığından istifadə edən raket 2400 kilometr uçuş məsafəsinə malikdir.
İsrailin Dəmir Qübbə, Arrow-2 və Arrow-3 kimi bir neçə raketdən müdafiə sistemi var.
Nərgiz,
Sitat.info