Ukraynanın əks hücumu ABŞ-ın gözlədiyi strateji uğurlara gətirib çıxartmadı.
Sitat.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton deyib.
"Aydındır ki, Ukraynanın yaz hücumu gözlədiyimiz qədər uğurlu alınmadı. Bəli, onlar kiçik irəliləyişlər əldə edirlər, lakin indiyədək strateji əhəmiyyətli heç nə əldə etməyiblər", - o deyib.
Bolton bildirib ki, səbəblərdən biri silah, sursat tədarükündəki ləngimələr, kəşfiyyatın və strategiyanın olmamasıdır. Bu da Rusiyaya müdafiə mövqeləri qazmağa, müdafiə xətləri yaratmağa vaxt verir və nəticədə Ukraynanın hücumunu çətinləşdirir”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu iyunun 4-dən uğursuz hücum cəhdləri edir.
İki ay ərzində Ukrayna Silahlı Qüvvələri 43 mindən çox hərbçi və 5 minə yaxın müxtəlif silah, o cümlədən 26 təyyarə və 25 Leopard tankı itirib. Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının heç bir istiqamətdə uğur qazanmadığını vurğulayıb.
Məğrur,
Sitat.info