Lavrovun planı: Erməni lobbisi Azərbaycana qarşı psixoloji savaşa keçib...

17:15 18 Avqust 2023

"Ermənistan hakimiyyəti, Qarabağ separatçıları və erməni lobbisi BMT Təhülkəsizlik Şurasında nəticə əldə etmədikdən sonra Azərbaycana qarşı psixoloji savaşın növbəti mərhələsinə keçiblər. Erməni saytlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Qarabağ probleminin həlli” ilə bağlı 14 maddədən ibarət təkliflər planının mövcudluğu xəbərinin yayılması bizə qarşı psixoloji savaşın tərkib hissəsidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu təkliflərin həqiqətən Lavrova məxsus olub-olmadığı haqqında məlumat yoxdur: "Rusiya Xarici İşlər Nazirliyi belə bir planın varlığını təsdiq etməyib, ancaq təkzib də etməyib. Görünür, Rusiyadakı mərkəzlər erməni separatçılarıyla birgə “14 maddəlik təkliflər paketi” ilə nəbzimizi yoxlamaq istəyirlər.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra heç bir dövlətin, hətta qonşu Rusiyanın Qarabağla bağlı təkliflər hazırlamasını istəmir. Sergey Lavrov keçmiş açıqlamalarında Qarabağın Azərbaycanın daxili işi olmadığına eyham vursa da, “14 bəndlik planı” ortaya atanlara mesajımız təkrarlanmalıdır: Qarabağ Azərbaycanın daxili işidir, heç kimdən, heç bir plan qəbul etməyəcəyik!".

Nərgiz,

Sitat.info



Xəbər xətti