"Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb"
Bu sözləri millət vəkili, iqtisadçı ekpert Vüqar Bayramov deyib.
O, bildirib ki, Günay Bankın müflişməsi əmanətlərin həcminə təsir göstərdi:
"Sistem əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür.
Günay Bankın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügedən bankın depozit portfeli 82 milyon 507 min manat idi".
V.Bayramov qeyd edib ki, bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb: "Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir"
Seymur,
Sitat.info