Rusiya hərbçiləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24-ü Belarus sərhədi yaxınlığında vurub.
APA- nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Rovno vilayətinin Tümen bölgəsində, Ukrayna-Belarus sərhədi yaxınlığında, hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsi vurulub", - deyə Konaşenkov vurğulayıb.