Bildiyiniz kimi , "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin və təsisçisi Dmitri Utkinin Rusiyanın Tver vilayəti üzərində yüksək rütbəli “Vaqner” komandirlərini daşıyan təyyarənin vurulması nəticəsində öldüyü bildirilir. Xatırladaq ki , təxminən iki ay əvvəl Prigojin və onun rəhbərlik etdiyi Vaqner grupu Rusiyada çevrilişə cəhdi etmiş və son anda Moskvaya getmək planından dönərək Lukaşenko ilə razılaşmışdı. Daha sonra Vaqner grupunun Ukraynadaki fəaliyyəti dayandırılmış və onlar Lukaşenkonun dəvəti ilə Belarusa yola düşmüşdülər.
Bu hadisə 90-cı illərdə analoji olaraq Azərbaycanda baş verən hadisələri xatırladır. O zaman dövlətimiz cəbhədə mənfur düşmənlə mübarizə apardığı zamanda daxildə Sürət Hüseynov, Əlikrəm Hümbətov kimilər separatçılıqla, daxili nizam intizamı pozmaqla məşğul idilər.
İlkin mərhələdə dövlət milli maraqlar namimə səbr edərək bəzilərinə qarşı loyal yanaşsa da, bəzilərinə müvəqqəti vəzifə versə də , bu dövlətin stabilliyi bərpa etdiyi zamana qədər olur və yekunda hər kəsə layiqli cəzasını verir.
Bütün bunları analiz etsək görərik ki, dünən baş verən hadisə heç də bizlər üçün təəccüblü olmalalıdır.
Putin şəxsiyyətini analiz edən hər kəs bilir ki, o xəyanəti bağışlayan biri deyil. Putin siyasi rəqiblərinə və özünə təhlükə gördüyü hər kəsə qarşı çox amansızdır.
O , Priqojinin onun avtoritetini zədələdiyini və bu qiyamdan cəzasız çıxdığını çox gözəl bilirdi.
Putin Vaqnerin üsyanını dayandıra bilmədiyinə, Priqojinin yürüşünü dayandırmaq üçün Lukaşenkoya müraciət etməyə məcbur qaldığına və iyunun 24-də Rusiya təyyarəsinin vurulmasına cavabdeh olan Vaqner hərbçilərini cəzalandırmadığına görə əhəmiyyətli dərəcədə alçaldılmışdı.
Bu cəzasızlıq gələcəkdə digər qiyam planları olanları da həvəsləndirə bilərdi. Bu baxımdan Putin hamımızın gözlədiyini qiyamdan düz 2 ay sonra etdi.
Bəs bu proses necə başladı ?
Putinin Prigojini dərhal öldürməsi Rusiyanın maraqlarına xidmət etmirdi. Çünki Prigojinin tez ölümü həm daxili Vaqner grupunu başsız qoyaraq xaos yarada, həm də Vaqnerin xaricdəki əlaqələrini, Rusiyanın milli maraqlarını təhlükəyə ata bilərdi.
Bu səbəbdən Putin hər şeyi çox gözəl planlamışdı. Əvvəlcə, Putin Vagneri ölkəsindən uzaqlaşdırmalı idi və bu plan elə ilk gündən işə düşdü. Vaqner qruplaşması Rostovdan və Ukraynanın işğalda olan ərazilərindən çıxardılaraq Belarusa yeni vəzifə adı altında göndərildi.
Bir müddət dəstə Belarusda kontrol altına salındı, Lukaşenkonun nəzarəti ilə müəyyən işlər görüldü. Daha sonra Prigojin Afrikaya yola düşdü.
Bununla paralel Rusiya Müdafiə Nazirliyi Afrika və Yaxın Şərqdə Vaqneri əvəz edəcək yeni PMC-lər yaratmağa başlayaraq Vaqner kadrlarını işə götürməyə başladı.
Hətta iki yüksək rütbəli Vaqner məmurunun Rusiya Müdafiə Nazirliyinə qoşulduğunu bildirilirdi. Vagnerin əlaqələri artıq Rusiya MN-nin kontroluna keçirilirdi.
Rusiya təhlükəsizlik xidmətləri ilə əlaqəsi olan bəzi rus insayder mənbələri iddia edirdilər ki, Priqojinin Afrikaya “tələsik” getməsi Rusiya Baş Qərargahının Vaqnerin Afrikadakı mövcudluğunu pozmaq planlarına cavab idi.
Mənbə iddia edib ki, Vaqnerin Afrikada fəaliyyətini tamamilə əngəlləmək səylərinə general-polkovnik Andrey Averyanov rəhbərlik edib və Vaqnerin əvəzediciləri kimi 20.000-dən çox adamdan ibarət ordu korpusunun yaradılması və öyrədilməsi planları olub.
Mənbə əlavə edib ki, Priqojin bu buna qəti şəkildə qarşı çıxırdı.m Daha sonra növbəti etap Vaqnerin maliyyəsini durdurmaq oldu.
Kreml çox gözəl bilirdi ki, Priqojin yaxın müddətdə Vaqner personalını yeni maliyyə və missiyalar ilə təmin edə bilməsə, o Vaqner kontingentini lazımi səviyyədə dəstəkləyə bilməyəcək.
Belə şərtlər sonda Priqojinin öz aktuallığını və təsirini itirməsinə səbəb olacaqdı. Və nəhayət Kreml Vaqneri tam zərərləşdirdikdən və onun əlində olan əlaqələri, kadrları ələ keçirdikdən sonra məhv edilmə əmrini verdi .
Avqustun 23-ü Putin Vaqnerə bağlı olduğu iddia edilən ordu generalı Sergey Surovikini Rusiya Aerokosmik Qüvvələrini komandiri vəzifəsindən rəsmən azad etdikdən dərhal sonra Vaqnerin əsas komandanlığının olduğu təyyarə qəzaya uğradı!
Bir gündə iki mesaj verildi! Bu heçdə təsadüfi deyil.
Bununla Putin nəinki özünün zəif lider olmadığını sübut etmək , həm də bir çox rusların gözündə 24 iyun hadisələrində ordunun imicinin zəifləməsini görənlər üçün bir mesaj vermiş oldu.
Bunun üçün isə Priqojindən dəbdəbəli qisas almaq lazım idi .
Və aldı da ...
Siyasi şərhçi Kamran Məmmədli,
Xüsusi olaraq Sitat.info üçün...