Deputatdan açıqlama: "Ölümlər cavanlaşır, pensiya yaşı azaldılamlıdır"

17:33 24 Avqust 2023

"İmişlidə 15 yas məclisində iştirak etdim. Hər dəfə isə vəfat edənlər cavan yaşında şəxslər idi. Son illər isə ən çox onkoloji və ürək xəstəlikləri çoxluq təşkil edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, yas mərasiminə getdiyi 40 yaşına çatmamış iki nəfər cavan xanım onkoloji xəstəlikdən vəfat edib: "Onlardan birinin dörd, digərinin üç kiçik körpələri anasız qalıb. Ürək dağlayan mənzərədir".

Deputat, xəstəliklərin, ölümlərin çox cavanlaşdığını, həyacan siqnalı çalmaq lazım olduğunu deyib: "Bundan əlavə, həm də tibbi əlçatanlığı artırmaq, pensiya yaşını azaltmaq lazımdır.  İldən-ilə pensiya alanların sayının azalacağını proqnoz edirəm. Ciddi addımlar atmalıyıq".

Ayna

Sitat.info



Xəbər xətti