“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi layihənin icrasını uğurla davam etdirir.
“Sağlamlıq imkanları məhdud və aztəminatlı şəxslər üçün dərzilik kurslarının təşkili” layihəsi 2 ay müddətində icrası nəzərdə tutulub.
Təşkilat sədri Səlimova Gülnarə Zakir qızının sözlərinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir:
“Layihənin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslər və aztəminatlı ailələrin xanımları üçün dərzilik kurslarını təşkil etməklə, onların bu sahədə bacarıqlarını artırmaq və məşğulluqlarını təmin etməkdir.
G.Səlimovanın sözlərinə görə, imkansız ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilib. Təşkilatın xahişi üzərinə Nazirlik bizə 8 qadının siyahısını təqdim etdi.
Dərslər uğurla davam edir. Məqsəd jurs iştirakçılarına ilk öncə dərzilik sənətinə aid ilkin bacarıqlar, dərzilik sənətində tətbiq olunan avadanlıqlar və köməkçi vasitələrlə işləmə bacarığı aşılamaqdır. Kurslar peşəkar usta tərəfindən keçirilir.
Sitat.info