Putini ölümdən qoruyan qadın Ukraynada əsir düşdü - FOTO

15:10 30 Mart 2022

Rusiya Prezidenti Vladimir Putinin vaxtilə mühafizəçilərindən biri olduğu iddia edilən 41 yaşlı snayper İrina Starikova Ukrayna ordusu tərəfindən əsir götürülüb. 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynadakı döyüşlərə cəlb olunan “Bagira” kod adlı Starikovanın yaralandıqdan sonra öz bölməsi tərəfindən döyüş meydanında tərk edildiyi, daha sonra əsir götürüldüyü deyilir.

İki uşaq anası olan Starikovanın snayperi ilə təkbaşına 40 nəfəri öldürdüyü bildirilir.

“Yaralı olduğumu bildikləri halda imkanları olsa da, məni özləri ilə aparmadılar” - snayper qadın ilkin ifadəsində deyib. Onun aqibətinin necə olacağı hələlik bəlli deyil. 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibə elan edib. Bu gün savaşın 35-ci günüdür.



Xəbər xətti