Standard & Poor's Ermənistanın reytinqini yüksəltdi. Dünyanın aparıcı iqtisadi analitik agentliklərindən biri olan Standard & Poor's Ermənistanın uzunmüddətli xarici və yerli valyutada suveren kredit reytinqini “B+”dan “BB-” səviyyəsinə qaldırıb.
Sitat.info xəbər verir ki, Agentliyin hesabatına görə, Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı proqnoz sabitdir.
Agentliyin məlumatına görə, 2023-cü ildə Ermənistanda iqtisadi artım 7,5 faiz ola bilər.
“Standard & Poor's analitikləri iddia edirlər ki, “Azərbaycanla yeni birbaşa hərbi münaqişə kimi ekstremal ssenarilər olmasa, biz Ermənistanın gələcək illərdə iqtisadi artım perspektivlərinin möhkəm qalacağını gözləyirik”.
Qeyd edək ki, Rusiya şirkətlərinin Qərb sanksiyalarından yayınmaq üçün Ermənistana köçüb orada şirkət yaratması və Rusiya hökumətinin Qərb dövlətlərindən bir çox satınalmaları Ermənistan vasitəsilə həyata keçirməsi Ermənistanın gəlirlərini kəskin artırıb.
Nərgiz,
Sitat.info