ABŞ-ın “Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ Prezident administrasiyası və onun Avropadakı müttəfiqləri Ukraynaya uzunmüddətli hərbi yardım planları hazırlayır: “Bu, Rusiyanın qələbəsinin qarşısını almaq üçündür. Eyni zamanda Qərb Kremli əmin etmək istəyir ki, onun Ukraynaya dəstəyi sarsılmazdır”.
"Son zamanlar ABŞ-ın Ukraynaya silah tədarükünü azaldacağına dair müxtəlif iddialar var və bunun da əsas səbəbi əks-hücum əməliyyatlarının effektivliyinin az olması göstərilir.
Əslində bu ağlabatan versiyadır, çünki hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Qərb rəsmiləri özləri də əks-hücum əməliyyatlarının ləng getdiyini bir neçə dəfə bildiriblər. İkincisi isə Ukrayna ilə yardım göstərən ölkələr, xüsusilə ABŞ arasında ziddiyyətlər yaranıb. Xatırlayırsınızsa ayrı-ayrı Ukrayna rəsmiləri bir neçə dəfə üstüörtülü olsa belə əks-hücum əməliyyatlarının ləng getməsinə dair iddialara münasibət bildiriblər. Onlar çox sərt formada deyiblər ki, bu kompüter oyunu deyil.
Üçüncüsü, ABŞ Ukraynadakı müharibəyə külli miqdarda vəsait ayırır. Bir müddət sonra ABŞ görsə ki, bunun heç bir nəticəsi olmur, o zaman təbii ki, silah tədarükünü azalda bilər. Bunu da qeyd edək ki, hələ müharibə ərəfəsində buir çoxları iddia edirdi ki, müharibə əslində Rusiya və ABŞ-ın ortaq layhəsidir, əsas məqsəd Ukraynanı yarıya bölməkdir. Bu iddianı tamamilə istisna etmək doğru olmaz. Bilirik ki, Trampın siyasətindən fərqli olaraq Baydenin siyasətini proqnozlaşdırmaq çətindir. Dəqiq olan odur ki, kollektiv Qərbdə Ukraynadakı müharibədə iştirakla bağlı ziddiyyət və fikir ayrılıqları getdikcə artır. Bunun da səbəbi müharibənin uzanmasıdır. Müharibə uzandıqca Qərb ölkələri arasında fikir ayrılıqları əmələ gəlir. Lakin düşünürəm ki, Bayden müharibəni 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər uzatsın".
Siyasi şərhçi Kənan Novruzov, xüsusi olaraq Sitat.info üçün