Londonda nəşr olunan Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti İsrailin baş naziri Binyamin Netanyahunun Türkiyə ilə bağlı planını yazıb.
Sitat.info xəbər verir ki, Səudiyyə qəzeti “Netanyahu Türkiyə üzərindən Avropaya qaz kəməri nəql etməyi düşünür” başlığı ilə xəbər yayıb.
Məlumata görə, Benyamin Netanyahu nazirlik rəsmilərinə İsrailin hazırkı qaz ixracatına alternativləri araşdırmaq göstərişi verib və deyib:
Nəzərdən keçirilən variantlardan biri də Türkiyədən İsrailin ən böyük dəniz qaz yatağı olan Leviafana sualtı boru kəmərinin çəkilməsidir”. Plan çərçivəsində qaz Türkiyəyə, oradan isə Cənubi Avropa ölkələrinə yönəldiləcək. Xəbərə görə, bu plan sayəsində Avropanın Rusiya boru kəmərindən asılılığı da azalacaq.
Türkiyənin bu planda əhəmiyyət kəsb etdiyini vurğulayan Səudiyyə qəzeti, yazır: "Təklif edilən boru kəməri əsas Türkiyə-Avropa boru kəmərini İsraildə, Misir və BƏƏ kimi qonşu ölkələrdə zəngin qaz ehtiyatlarına bağlamaq məqsədi daşıyır.
Siyasi mənbələr yazır ki, Netanyahu, Rəcəb Tayyib Ərdoğanın bu kəmərin Türkiyə üzərindən Avropaya keçməsini istədiyini bilir. Amma Netanyahu Türkiyədən bu mövzuda konkret addımlar tələb etməlidir".
Nərgiz,
Sitat.info