Ermənilər iki yol ayrıcında: İşıq gələn tərəfi niyə bağlayırlar?

13:30 31 Avqust 2023

"Azərbaycan Ermənistanın yüklərini Laçın yolundan Qarabağa girişinə icazə vermir, erməni separatçıları da Bakıdan göndərilən yüklərin qarşısını kəsiblər. Hadisələrin inkişafını necə proqnozlaşdırmaq olar? Bakının hansı həll yoluna üstünlük verdiyini prezidentin köməkçisi Hikmət Hacıyev səsləndirib: “Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın yolu açılacaq”. Moskva başqa variant təklif edib: “Hər iki yol eyni zamanda açılsın”. Erməni separatçıları hər iki variantı hələ ki, qəbul etmirlər. Ancaq separatçılar bu iki variantdan birini qəbul etsələlər belə başqa suallar aktuallaşacaq: “Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinə ərzağın daşınması hansı müddətdə davam edəcək?”, “Yardımlarımızı qəbul edib dialoqdan imtina edəcəkləri halda yardımları kəsəcəyikmi?”, “Ağdam-Xankəndi yolunun açılması müqabilində Laçın yolundan yüklərin birfədəlik keçidinə icazə verəcəyik, yoxsa hər iki yol paralel işləyəcək?”

Belə vəziyyətdə Azərbaycan-Ermənistan danışılqarı, o cümlədən sülh sazişi, sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin açılması arxa plana keçəcək".

Bu fikirləri Sitat.info-ya açıqlamasında politoloq Elxan  Şahinoğlu deyib.

O bildirib ki, Ermənistanın hakimiyyət mənsubları bütün güclərini görüşdükləri həmkarlarını Azərbaycana təzyiqi artırmağa səfərbər ediblər: "Əsas sözləri də budur ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirmək istəyir və beynəlxalq aləm bunun qarşısını almalıdır. Biz heç gizlətmirik ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilər bölgəni tərk etməli olacaqlar. Bu etnik təmizləmə deyil, istənilən dövlətin normal tələbidir. Buna baxmayaraq, bizə qarşı birləşən müxtəlif mərkəzlərlə diplomatik zəmində uzun müddətli mübarizəyə hazır olmalıyıq".

Məğrur, 

Sitat.info



Xəbər xətti