"Araiklərin "istefası" bizim üçün nəyisə həll edirmi? Separatçıların məqsədi Rusiya ilə bir yerdə Qarabağı Azərbaycandan qopartmaqdır. İndi biz bir neçə ay Araiki sıxışdırmağımızı, onun istefa verməsini müzakirə edəcəyik. Biz öz məsələmizi həll etməliyik. Araiklər, Rubenlər, Samvellər cinayətkarlardır. Bizim ərazi bütövlüyü məsələmiz həll olunmalıdır. Suverenliyimiz tam şəkildə bərpa olunmalıdır. Araik getməsindən bizə nə? Rusiya görün bizim başımızı nə ilə qatır?".
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Sitat.info-ya açıqlamasında deyib.
O bildirib ki, aylar keçir, ancaq hələ sülh müqaviləsindən bir xəbər yoxdur: "Xankəndidə biri gedir, biri gəlir. Biri deyir danışıqlara başlayacağıq, biri deyir son qanımıza qədər vuruşacağıq. Bizim başımızı qatıb vaxt uzadırlar. 3 ildir oyun oynayırlar, bizi böyük bir tələyə salıblar. Azərbaycan böyük bir tələnin içindədir, get-gedə vəziyyətimiz daha da çətin olacaq. Qarşıda bizi həm diplomatik cəbhədə böyük savaş gözləyir, həm də Rusiyanın təxribatları gözlənilir".
Ekspert bildirib ki, Xankəndidə heç bir gərginlik yoxdur, onlar sadəcə olaraq tamaşa oynayırlar: "Bizdə isə çoxları arxayındır ki, hər şey yaxşı olacaq. Mən də bilirəm ki, hər şey yaxşı olacaq. Ancaq hansı itkilər, hansı fəsadlar hesabına olacaq, əsas budur.
Ayna,
Sitat.info