Dneprə raket zərbəsi nəticəsində neft anbarı dağıdılıb

08:00 31 Mart 2022

Rusiya Dnepr çayının sahilinə raket zərbəsi endirib.

SİTAT.İNFO Apa-a istinadən xəbər verir ki. bu barədə mignews.com məlumat yayıb.Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk Dneprdə eşidilən partlayışlarla bağlı məlumatı şərh edib.

O bildirib ki, rus qoşunları Xerson vilayətindən təxribat törədib. Onlar Apostolovskayada qaz nəqli obyektlərini atəşə tutub. Dağıntı və təlafat barədə məlumat yoxdur.

Bundan əlavə, Dneprdə iki raket neft bazasına düşüb. Lukaşukun sözlərinə görə, obyekt dağıdılıb.

Raket qalıqları iki yanacaq daşıyan maşına ziyan vurub. Ölən və yaralanan olmayıb.



Xəbər xətti