Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya maddi dəstəyini davam etdirəcəyini bildirib. O deyib ki, sonuncu ukraynalı qalana qədər müharibə aparacaqlar və heç bir xərcdən çəkinməyəcəklər.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri zamanı Ukraynaya yeni yardımlar elan edə biləcəyi xəbərini dəyərləndirib.
ABŞ-ın Kiyevə lazımi qədər kömək etmək istədiyini deyən Peskov, "ABŞ müharibə vəziyyətində olan Ukraynanı dəstəkləməyə davam edəcək və son ukraynalıya qədər heç bir xərc çəkmədən müharibə aparacaq”
Peskov bildirib ki, bu yardımlar “xüsusi hərbi əməliyyata” təsir etməyəcək.
Digər tərəfdən Ermənistanın 11-20 sentyabr tarixlərində ABŞ ilə öz ərazisində "Qartal tərəfdaşı 2023" birgə təlimi keçirəcəyini dəyərləndirən Peskov, bunun narahatlıq doğurduğunu deyib.
"Təbii ki, bu cür xəbərlər xüsusilə indiki şəraitdə narahatlıq doğurur. Ona görə də təhlil edəcəyik. Bu xəbəri dərindən öyrənin və vəziyyəti izləyin" -tapşırığını verib.
Nərgiz,
Sitat.info