"Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib ki, Rusiya ilə sadəcə fikir ayrılıqları var, bunu gərginlik adlandırmaq olmaz və guya bu işgüzar əlaqələrin xarakterindən irəli gəlir. Bir neçə gündür bir-birlərinin ünvanlarına demədikləri ağır ifadələr qalmayıb, bu da deyir ki guya bu normaldır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, erməni diplomat mövcud durumu malalamağa çalışır: "Uzun onilliklərdir bu prosesləri izləyən birisi kimi əminlikə deyə bilərəm ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə indiki gərginliyin bənzərini xatırlamıram".
E.Şahinoğlunun fikrincə, Ermənistan hakimiyyəti özü üçün bu nəticəyə gəlib ki, Rusiya Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsinə mane olmayacaq, ona görə indidən ağasını dəyişmək üçün zəmin hazırlayır.
Məğrur,
Sitat.info