Ermənistan məğlub olacağı savaşa girir: Hədəfdə Rusiyadır...

14:33 8 Sentyabr 2023

"Ermənistan savaşa hazırlaşır. Savaşda nəzərdə tutulan isə məğlubiyyətdir. Çox təəssüf ki, bu Qərbdəki müttəfiqlərinin Ermənistan üçün çizdiyi ssenaridir. Ermənistan bunun əsasında onsuz da məğlub olacağını bilir".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Ermənistanın hədəflədiyi savaşın yekununda Rusiyanın Ermənistandakı üçüncü hərbi bazasını çıxarmaq, Rusiya ilə hərbi müttəfiqlik haqqında gömrük müqaviləsini başa çatdırmaqdır: "Hansı ki, bu onun dövlətçilik təminatıdır. Bunun əvəzi olaraq da Rusiyanı Ermənistanın məğlub olmasında günahlandırıb bölgəni Qərbə təslim etməkdir. Burada əsasən Turan sərhədləri nəzərdə tutulur. Cənubi Ermənistanın isə İrana peşkəş edilməsi düşünülür".

Politoloq qeyd edib ki, Fransa, İran və Hindistan Ermənistanın müttəfiqləri hesab olunur: "Digər bölgə gücləri olan Azərbaycan, Türkiyə və Rusiya isə onların düşməni hesab olunur".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti