"Qarabağ erməniləri Ağdam yolunun açılmasına xilas kimi baxırlar" - Deputat

18:47 8 Sentyabr 2023

"Ağdam-Xankəndi yolundan Qarabağın erməni icması yox, separatçı rejim və onlara bağlı insanlar, o cümlədən qanunsuz olaraq bu bölgədə məskunlaşanlar imtina edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Bakupost.az - Laçının rusların nəzarətində olan kəndləri - SİYAHI

Onun sözlərinə görə, bütövlükdə Qarabağ erməniləri Ağdam yolunun açılmasına xilas kimi baxırlar: "Sirr deyil ki, Ermənistan ermənilərində Qarabağ ermənilərinə dərin nifrət var və hətta 44 günlük savaş boyu Ermənistana qaçanlar İrəvanda və digər şəhərlərdə məruz qaldıqları təzyiqlər ucbatından uzun müddət qala bilmədilər. Bu mənada Qarabağ erməniləri üçün də ikinci dərəcəli varlıq kimi yanaşıldıqları Ermənistandansa zəngin, qalib Azərbaycanın tam hüquqlu vətəndaşı kimi yaşamaq daha əlverişlidir. Separatçıları və Ermənistanı da bu amillər narahat edir və bu baxımdan reinteqrasiya prosesinə hər vəchlə mane olmaq istəyirlər. Separatçılar da, İrəvan da yaxşı başa düşür ki, Xankəndi-Ağdam yolunun açılması ilə reinteqrasiya prosesi qarşısıalınmaz hal alacaq. Bu mənada, əslində humanitar böhran şousu ilə separatçılar özləri özlərini çətin duruma salıblar. Daha doğrusu, cənab İlham Əliyev böyük siyasi məharətlə Ermənistan və havadarlarının şousunu elə onların özlərinə qarşı istifadə edir. Yəni, əgər "humanitar böhran" varsa, buyurun Ağdam-Xankəndi yolu ilə yardımları qəbul edin. Separatçılar və Ermənistan isə israr etməklə həm humanitar böhranın şou olduğunu etiraf etməli olurlar, həm də sülh və reinteqrasiya prosesində əslində maraqlı olmadıqlarını göstərirlər. Nəticə etibarilə beynəlxalq hüququn prinsipləri pozuntuya məruz qalır ki, cari situasiyada Azərbaycan tərəfindən prosesə müdaxilə etmək, məcburetmə tədbirləri ilə pozuntuları aradan qaldırmaq zərurətə çevrilir".

Ayna 

Sitat.info



Xəbər xətti