İrəvan məhkəməsi Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan barəsində həbs qərarı çıxarıb.
“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, iki ay müddətinə həbs edilib.
Böyük korrupsiya işinin tərkib hissəsi kimi daha səkkiz müttəhimə qarşı ittiham irəli sürülüb. On nəfər şübhəli şəxs qismində saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, Piloyan köməkçisi A.X-nin köməyi ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Piloyanın köməkçisinin kabinetində aparılan axtarış zamanı silah və sursat tapılıb.