Serbiyanın Sokobanya kəndi yaxınlığındakı “Soko” mədənində baş verən qəza nəticəsində 8 şaxtaçı ölüb, daha 20 nəfər yaralanıb.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya milli televiziyası məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində qonur kömür mədəni qismən dağılıb.
Yerin altında qalan mədənçilərin sayı barədə dəqiq məlumat yoxdur. Hazırda xilasetmə əməliyyatı aparılır.