Ağdam-Xankəndi yolunu açan qara maskalılar kimlərdir?

17:43 12 Sentyabr 2023

Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq daşıyan yük maşını ilk dəfə Ağdam-Xankəndi yolundan istifadə etməklə, bu gün səhər saatlarında Xankəndiyə çatıb. Ağdam yolunun açılmasına qarşı çıxan erməni separatçılar yolda “blok-post” qurub, keşik çəkirdilər.

Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolunun açılmasına müdaxilə etməyib, amma Azərbaycan tərəfi bu yolun açılmasını mütləq bir şərt kimi daha əvvəldən irəli sürüb: "Ona görə də bu məsələdə Azərbaycanın iştirakı real deyil. Qondarma qurumun polislərinin bu məsələyə müdaxilə etdiyi ehtimalı daha böyükdür. Bizim üçün fərqi yoxdur, biz nəyisə deyiriksə bu və ya digər şəkildə həyata keçiririk. Vacib olan odur ki, Xankəndidə ermənilərin quraşdırdığı beton blokları ermənilərin özü də aradan qaldırdılar və yolu açdılar. Yaxın müddətdə bu yol Azərbaycan tərəfindən intensiv şəkildə istifadə olunacaq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti