"Rusiya Ermənistanla oyun qurub: Ağdam-Xankəndi yolu... " - Sərdar Cəlaloğlu sensasion açıqlama

19:23 12 Sentyabr 2023

"Ağdam-Xankəndi yolunun açılması Rusiya-Ermənistan razılaşmasının  bir hissəsidir. Rusiyanın maşınları buraxılan kimi ermənilər yenidən o yolu bağlayıb. Rusiya ilə Ermənistan bir oyun qurublar. Laçın dəhlizinin açılması üçün Rusiyanın bir maşınını buraxıblar, ondan sonra da Ağdam-Xankəndi yolu işlədi düşüncəsi ilə, indi də Laçın yolunu açmaq fikrindədirlər. Mənə elə gəlir ki, Azərbaycan hökuməti qətiyyən bu vəziyyətlə barışmamalıdır".

Bu sözləri sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirdi ki, rusların ermənilərlə bu bölgədə apardığı oyunları pozmalıyıq: "Ağdam-Xankəndi yolu requliyar işləməyənə qədər Laçın yolu açılmamalıdır. Digər tərəfdən ABŞ-ın dövlət katibi Blinkenin dediyi kimi bu iki yol paralel işləməlidir. Yəni faktiki olaraq, Ermənistana iki yük göndərilirsə, (Ermənistandan Xankəndiyə və yaxud Rusiyadan), onun biri Laçın yolundan keçəcəksə, digər  biri mütləq Ağdam-Xankəndi yolundan keçməlidir. Biz rusların ermənilərlə bu bölgədə  apardığı oyunları pozmalıyıq. 
Baxın, Vladivastokda putin özü etiraf edir ki, biz ermənilərə təkcə Qarabağı yox, həm də Azərbaycanın digər üç rayonunu təklif elədik, Kəlbəcəri, Şuşanın, Laçını, ancaq onlar razılaşmadılar, dedilər ki, biz daha çox ərazi istəyirik. Biz də soruşanda da necə olacaq? Dedilər ki, müharibə yolu ilə.
Deməli, hətta bizdən xəbərsiz ruslar ermənilərlə bizim ərazilərimizi bağlı alver aparıblar. Ona görə də bu gün münasibətləri nə qədər gərgin olsa da, Rusiya ilə Ermənistanın Azərbaycana münasibətdə heç bir fərq ayrılığı yoxdur. Hər ikisi də düşməndir. Ona görə də biz bu məsələdə ciddi çıxış eləməliyik".

Partiya sədri bildirdi ki, Rusiyanın humanitar yardım maşınlarının Xankəndiyə keçməsini  Ağdam-Xankəndi yolunun açılması kimi dəyərləndirilməlidir: "Oradan ən zamankı Azərbaycan yükləri keçəcək, humanitar yardımlar Ağdamdan Xankəndiyə gedəcək, o zaman biz bu yolun açıldığını elan edə bilərik. Rusların onyolla getməsi yolun açılması demək deyil. Ora mütləq humanitar yardım maşınlarımız getməlidir. Üç-dörd erməni dığası müəyyən problemlər yaradır, bununla bağlı da onlara son xəbərdarlıq edilməlidir.Bəlkə bir hal təkrarlanacağı Azərbaycan qanun və konstitusiyasını pozduğuna görə onlar haqqında ən sərt tədbirlər görülməlidir".

Məğrur,
Sitat.info



Xəbər xətti