Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı Paşinyanla daima təmasda olduğunu, onunla hansısa problemin olmadığını deyib.
Bonunla bağlı Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Ermənistan ilə Rusiya arasında qarşılıqlı izdihdamlar qeydə alınır: "Bununla yanaşı, ABŞ Ermənistan birgə təlimləri, eyni zamanda Ermənistanın regional siyasətinə etdiyi dəyişikliklər, o cümlədən Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar fonunda tərəflər arasında gərginlik getdikcə sürətlənir".
Siyasi şərhçi bildirib ki, bu gərginləşmələrdən əlavə rəsmi olaraq Qərblə yaxınlaşmağa başlayırıq: "Hazırda faktiki olaraq Rusiya ilə Qərb xüsusilə ABŞ Ermənistan uğrunda mübarizə aparır. Bunun səbəbi isə Ermənistanın iqtisadi, siyasi bir gücə sahib olması deyil. Sadəcə olaraq Ermənistan regionun zəif halqasıdır. Zəif olan halqaya isə təsir etmək daha asandır. Xüsusilə Vaşinqtonla Moskva İrəvana təziq göstərərək və onu öz tərəfinə çəkərək regionda güclənmək istəyir. Hazırda ABŞ çalışır ki, Ermənistanı Rusiyadan uzaqlaşdırsın, Rusiyanın regiondakı mövqelərini zəiflətsin, bunun əvəzində isə öz mövqelərini gücləndirsin".
K. Novruzov deyir ki, hazırkı vəziyyətdə Putin Paşinyan ilə münasibətinin yaxşı olmadığını deyə bilməz. Vəziyyəti daha da gərginləşdirəcək bəyanat vermək vəziyyətə uyğun deyil: "Həm Putinin, həm Rusiyanın digər rəsmilərinin verdiyi bəyanatlarında əsas mesaj Ermənistana xatırlatmadır ki, Ermənistan uzun müddət bizim forpostumuz olub, indi niyə müstəqil siyasət yeritməyə can atırsan? Sən unutma ki, orada mənim hərbi bazam var, müdaxilə imkanlarım kifayət qədər genişdir. Bunların hər biri Ermənistana xatırlatmadır".
Siyasi şərhçi qeyd edib ki, gələcək zamanlar üçün bir sıra ekspertlər belə düşünür ki, proseslər belə davam edərsə, Rusiya Paşinyanı hakimiyyətdən devirməyə çalışa bilər və hakimiyyətə özünə sadiq birini gətirməyə cəhd edə bilər: "Bəli bu real variantıdır. Putin buna əl ata bilər və Rusiyanın imkanları bu sahədə genişdir. Belə bir hadisə baş verərsə, Qərbin güclü müqavimət göstərməsinə səbəb olacaqdır. Çünki Qərbə Paşinyan lazımdır. Putin Paşinyanı devirməyə çalışa bilər, Qərb isə bunun qarşısını almağa çalışacaqdır. Gələcəkdə isə Qərb Rusiyanın Ukraynayada zəifləməsindən istifadə edərək Ermənistanın əli ilə Rusiyanı daha da zəiflətməyə çalışacaq. Bu 2024-cü ildə həm Rusiyada, eyni zamanda, ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq. Bu qeyd olunanlar isə Baydenin hakimiyyətdə qalacağı zaman həyata keçə bilər. Tramp hakimiyyətə gələrsə, vəziyyət müəyyən mənada dəyişə bilər. Çünki Trapm Rusiyaya bağlı, daha royal siyasətçidir".
Aytəkin Əliyeva
Sitat.info