AMİP sədri Arzuxan Əlizadə "Sitat tv"nin canlı yayınında Qarabağda baş verən son prosesləri təhlil edib:
"Bölgədə gərginlik artıb. Onsuz da elə əvvəldən bölgədə bir çox qüvvələrin maraqları toqquşurdu. Bu gün bir qədər də üst səviyyəyə keçib.
Məlumdur ki, Paşinyan zamanında Ermənistana Qərb qüvvələri tərəfindən gətirildi.Hakimiyyətə gətirildikdən sonra üzərinə çox ciddi öhdəliklər qoyulub. Bu öhdəliklərdən biri də odur ki,
Rusiyanın bu bölgədə nüfuzunu zəiflətsin, Ermənistanı Rusiyanın nəzarətindən tam olaraq çıxarsın və Qərbin nəzarətinə versin".
Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.
Məğrur,
Sitat.info