Elmar Məmmədyarovdan MARAQLI AÇIQLAMA: “Mən Nostradamus deyiləm ki...” VİDEO

13:19 1 Aprel 2022

“Mən Nostradamus deyiləm ki, 5 və ya 50 ildən sonra bu vəziyyətlərin necə olacağını bilim”.

SİTAT.İNFO  xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

Onun sözlərinə görə, separatçıların fəaliyyətinə baxılanda bilinir ki, onların gələcəyi yoxdur:

“Oradan çəkilişlər yayılır və görünür ki, onlar necə vəziyyətdədirlər. İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri, böyük inkişaf onlara ciddi dərs olacaq. Ermənilərin Azərbaycan vətəndaşı olmağı seçməsi bir qədər zaman alacaq. Çünki Çeçenistan müharibə etdi, amma sonda anladı ki, Rusiyanın tərkibində qalsa, inkişaf olacaq. İndi də Qarabağda mövcud vəziyyəti görürük”.

 



Xəbər xətti