3 ölkə korona məhdudiyyətlərini ləğv etdi

15:02 1 Aprel 2022

Bolqarıstan və İsveçrə koronavirus ilə mübarizə üçün tətbiq edilən məhdudiyyətlərin götürüldüyünü, İtaliya isə bəzi anti-kovid tədbirlərindən imtina etdiyini açıqlayıb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

Bolqarıstanın səhiyyə naziri Asena Serbezova bildirib ki, bu gündən ölkədə qapalı yerlərdə maskaların məcburi taxılması, sosial məsafəyə riayət olunması və işəgötürənlərin işçilərin ən azı 50%-nin distant işə keçirilməsi tələbləri ləğv edilir. Xəstəxanalara və qocalar evlərinə baş çəkmək qadağası da qaldırılır.

İtaliyada aprelin 1-dən ictimai nəqliyyatdan istifadə üçün “green pass” ləğv olunur, təyyarələr və qatarlar üçün ilk koronavirus sertifikatının "əsas" versiyası kifayət edəcəkdir. Bununla da məhdudiyyətlərin birinci hissəsi aradan qaldırılır, qalanları isə mayın 1-dən ləğv ediləcək.

İsveçrə də bəzi koronavirus məhdudiyyətlərini aradan qaldıırb. Belə ki, ictimai nəqliyyatda, tibb müəssisələrində maska ​​rejimi və kovid xəstələri üçün təcrid tələbi ləğv edilib. (Axar.az)



Xəbər xətti