"Nə qədər gec deyil ərazilərimizi tərk edə bilərlər, əks halda..." - Deputat Azər Badamov DANIŞDI

15:34 14 Sentyabr 2023

"Ağdam-Xankəndi yolu təkcə Rusiya QXC üçün yox, həm də Bakıdan göndərilən bütün yüklər üçün də açıq olmalıdır. Bu yol Xankəndində yaşayan erməni əsilli şəxslərin əsas təminat yolu kimi fəaliyyət göstərməlidir. Həm də bu yol vasitəsilə reinteqrasiya proseləri baş tutmalıdır".

Sitat.info xəbər verir ki, bu sözləri deputat Azər Badamov deyib.

O bildirib ki, Ağdam-Xankəndi yolunu heç də  Laçın yolunun ilə eyni səviyyədə olacağını düşünməsinlər: "Çünki, Laçın yolu dövlət sərhəd  nəzarət-keçid məntəqəsindən keçərək qonşu ölkə ilə birləşir. Bu yol vasitəsilə daşınacaq bütün yüklər digər sərhəd keçid məntəqlərimizdə olduğu kimi sərhəd və gömrük qaydalarına uyğun reallaşa bilər.  Prezident İlham Əliyev Laçın yolu ilə bağlı dəyişməz mövqeyimizi Fransa prezidenti Emmanuel Makron və ABŞ Dövlət Katibi Antoni Bilnkenlə telefon danışığı zamanı da bildirmişdi. Ermənilər boş xəyallara dalmasınlar. Laçın yolu vasitəsilə istədikləri kimi at oynatmaqlarının dövrü başa çatıb. Bundan sonra bu yolla daşınacaq bütün yüklər və həyata keçiriləcək bütün hərkətlər suverən ölkələrin qanunlarına uyğun baş tuta bilər".

Deputat vurğulayıb ki, bu səbəbdən Qarabağdakı qondarma qurum özünü buraxmalı və Bakı ilə dialoqa hazır olduğunu bildirməlidir: "Reinteqrasiya prosesinin baş verməsi qaçılmazdır.

Kimlərsə bizimlə birgə yaşamaq istəmirsə, nə qədər gec deyil ərazilərimizi tərk edə bilərlər. Əks halda antiterror əməliyyatının aparılması qaçılmaz olacaq və bütün separatçılar öz cəzalarını alcaqlar".

Məğrur,

Sitat.info

 



Xəbər xətti