Vətəndaşlar “Azəriqaz”ın əlindən qan ağlayır: “SƏSİMİZİ ÖLKƏ BAŞÇISINA ÇATDIRIN” VİDEO

09:50 4 Aprel 2022

Sitat.info-nun daha bir layihəsi hər həftə SİTAT TV-nin efirində yayımlanacaq "Şikayət var" layihəsidir. 

Hər həftə sosial şəbəkələrdə toplan 1 milyona yaxın üzvü olan qruplarda bir dövlət qurumunun, kommunal xidmətlər üzrə qurumların, əhali ilə birbaşa işləyən nazirliklərin fəaliyyəti ilə bağlı post açıb dəyərləndirmə aparacağıq. Gələn təqdir, tənqid, şikayətlər adlı, ünvanlı olaraq işıqlandırılacaq. Layihəmizin ilk verilişi Azəriqaz İctimai Birliyinin fəaliyyəti ilə bağlıdır. "Azəriqaz"ın fəaliyyəti ilə bağlı keçirdiyimiz sorğuya yüzlərlə şərh gəldi və onların demək olar ki, hamısı şikayətlə bağlıdır. 

Ölkənin əksər rayonlarını əhatə edən şikayətlər əsasən sayğaclardan, kartla vəsait yükləməyin çətin olmasından, hələ də qazlaşdırma getməyən kəndlərdən, qazın limitinin yaşatdığı çətinliklərdən, qazın tərkibindən və keyfiyyətindən, borulara hava vurulmasından, kartla sayğaca yüklənən vəsaitlərin bir hissəsinin yoxa çıxmasından ibarətdir. Bir sözlər vətəndaşlar bu qurumun fəaliyyətini mənfi qiymətləndirdilər.

Əsas narazılıqlardan biri də bölgələrdə Azəriqazın İstismar İdarələrinin rəhbərlərinin vətəndaşlara kobud münasibəti, problemlərə laqeyd yanaşması və "kim hara istəyir şikayət" cavabıdır. 

Yazılan yüzlərlə şərhdə vətəndaşlar səslərini dövlət başçısına çatdırmağımızı xahiş etdilər. Problemi özünəməxsus şəkildə işıqlandırmağa çalışdıq. 

Verilişin videosunu təqdim edirik. 

 

 

 



Xəbər xətti