"Rusiya artıq Qərblə oyunundan həzz almağa başlayıb. Mən demişdim ki, Putin romantikdir. Dövlət başçısı romantik olanda çox təhlükəli olur. Putin çox xəbis, kinli, təhlükəli, heç nəyi unutmayan, unutdurmaq istəməyən bir adamdır. Məhz buna görə, Vaşinqton Brüssel formatında Ermənistan sözdə sülh sazişi razılaşdığını bəyan edən kimi Vladimir Putin Soçidə bəyan etdi ki, Qarabağda ermənilərin statusu bundan sonra müzakirə olunmalıdır. Xatırlayırsınızsa, rəsmi Bakı bundan sonra kəskin etiraz etdi. Sənədi imzalamadı, bununla da Bakı demarş etdi"
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elçin Alıoğlu deyib.
E.Alıoğlu qeyd edib ki, Azərbaycan 5 rayonun azad edilməsi, Laçın və Kəlbəcərin dəhliz olaraq qalması məsələsinə razılıq verməyib: "Rusiyanın məqsədi tam aydınır. Putin bunu Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda çox aşkar şəkildə dedi. Nə yazıq ki, bəzi siyasi şərhçilər "Rusiya Ermənistana şapalaq vurdu" kimi şərh etdilər. Halbuki işlər tam tərsinə idi. Putin ilk dəfə maskasını çıxartdı. Dedi ki, Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kim tanımasaydı, hər şey başqa cür olacaqdı. İkinci sözü o oldu ki, Qarabağda ermənilərin statusunu biz həll etməyə hazır idik, Ermənistan rəhbərliyi imkan vermədi. Üçüncü isə Biz Azərbaycan rəhbərliyi ilə danışdıq, 7 rayondan 5-ni ermənilər azad edəcəkdi, Kəlbəcər və Laçın rayonları Qarabağla Ermənistan arasında dəhliz qismində qalacaqdı, lakin buna razılaşmadılar. Bunların üçü də ağ yalan, həyasız və ləyaqətsiz yalandır. Birincisi, Azərbaycan 5 rayonun azad edilməsi məsələsinə razılıq verməyib. Kazanda belə bir söhbət olmayıb, mən bunun canlı şahidiyəm. Putin gözünün içinə kimi yalan danışır. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini heç vaxt alver predmetinə çevirməz"
Məğrur,
Sitat.info