Rusiyanın Qarabağ planı... - Natiq Cəfərlinin ŞƏRHİ

15:20 15 Sentyabr 2023

"2025-ci ildə Rusiya sülhməramlıları bölgəni tərk etməlidir. Etməsələr, vaxtı uzatsalar, orada daim gərginlik ocağı qalacaq. Rusiyanın da istəyi odur ki, daimi gərginlik hesabına öz qoşunlarını Cənubi Qafqazda, o cümlədən Xankəndi və ətrafında saxlasın. Sanki dünyaya da bir mesaj verir ki, təkcə Ukraynada müharibə aparmıram, həm də bir sülh qoruyucusuyam. "Qədim erməni" xalqını genosiddən qoruyuram. Mən burada olmasam, türklər bunları genosid edəcək, qovacaq, etnik təmizləmə edəcək və sairə... Bu mesajlar üzərindən Rusiya  artıq hərkətə keçib ki, bu heç də xoş bir şey deyil". 

Bu fikirləri Sitat.info-ya açıqlamasında REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

N.Cəfərli həmçinin bildirib ki, Ermənistan ərazi bütövlüyümüzü tanıyır və bəyanatların kağız üzərində imzalanması mərhələsinə keçmək lazımdır:

"Mən dəfələrlə bu məsələlərdə iki yanaşmanın olduğunu demişəm. Ermənistan- Azərbaycan başqa bir məsələdir.  Ermənistanla bağlı bizim problemimiz yoxdur, o mənada ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə çıxır ki, Rusiya heç də bundan məmnun deyil. Artıq texniki məsələlər qalıb və bəyanatların kağız üzərində imzalanması mərhələsinə keçmək lazımdır. Amma Ermənistan tərəfdən hansısa təxribat olursa, on qat cavabı verilməlidir. Orada Azərbaycan Ordusunun əli-qolu açıqdır. İstənilən təxribata cavab verə bilər".

Məğrur Salmanov,

Sitat.info

 



Xəbər xətti