Humanitar yüklərin daşınma prosesi Azərbaycanın nəzarətindən çıxırmı? ŞƏRH

10:40 18 Sentyabr 2023

"Bu razılaşma Azərbaycanın təkidi ilə əldə olunub. AzərbaycanXankəndi-Ağdam yolunun paralel istifadəsini hələ keçən ay irəli sürmüşdü, sadəcə ermənilər bu məsələdə razılıq əldə olunsa da, müxtəlif yollarla hər iki yolun istifadəsini ləngidirdilər. Laçın yolu onsuz da açıq idi, sadəcə oradan biz qanunvericiliyimizə uyğun şəkildə istifadəni tələb edirdik. Hazırda proseslər bizim diqtəmizlə davam edir"

Bu sözləri sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə yükləri BQXK və sülhməramlılar daşısa da, istənilən halda nəzarətimizdə olacaq:. "Ağdam-Xankəndi yolu humanitar yük üçün açıq olacaq. Yükləri BQXK maşınları daşıyacaq. Eyni şəkildə də Azərbaycan qanunvericiliyinin şərtlərinə uyğun olaraq Laçın yolu bu məqsədlərlə istifadə olunacaq. 

İstənilən halda proseslər nəzarətimizdə olacaq.

Çünki, ya Ağdamdan keçsə ya Laçından keçsə, biz o yüklərə tam nəzarət edəcəyik. Nəzarətsiz kibrit çöpü belə Qarabağa keçməyəcək.
Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin humanitar yardım ehtiyacını konkretləsdirmək, mövcud tələbatın istiqamətlərini öyrənmək, bu məlumatları təhlil etmək, sonda isə qərar qəbul etmək və maliyyə qaynaqları tapmaq üçün heç olmasa Xankəndində, Xocalıda və Xocavəndə sorğu keçirməlidir"

Məğrur,
Sitat.info



Xəbər xətti