"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıq yaratmışdır. Bu yeni reallıq Azərbaycanın mövqeyinə uyğundur. Mövqeyimizdən kənar heç bir məsələ həyata keçirmək mümkün deyil. O cümlədən heç bir dairə Azərbaycanın mövqeyini dəyişdirə və iradəsini qıra bilməz. Laçın yolu ilə bağlı Ermənistanın havadarları dövlət başçımızla dəfələrlə telefon əlaqə saxlayaraq yolun açılmasının vacibliyini bildirirdilər. Dövlət başçımız isə bütün dairələrə Ağdam yolunun açılmasından sonra Azərbaycanın razılığı ilə Laçın yolundan yüklərin daxil olacağını biıldiridi. Humanitar yüklərin Ağdam və Laçın yolları vasitəsilə 1 sentyabrda daxil olmasını razılaşdırılmışdı. Amma separatçılar Ağdam yolu ilə yüklərin buraxmayacağını bildirdiyinə görə Laçın yolundan da humanitar yükün keçilməsinə icazə verilmədi. Bu gün isə Ağdam yolundan BQXK-nin humanitar yükü keçəndən sonra Laçın yolundan eyni yükün keçirilməsinə icazə verildi. Ağdam yolundan keçən yük yoxlanılmadan buraxıldı. Amma Laçın yolundan keçən yükü vizual nəzarət olunandan sonra girişə icazə verildi. Laçın yolundan BQXK-nin humanitar yükün keçməsi heç də bu yolun bütün yüklər üçün açıq olduğu anlamına gəlmir. Laçın yolu beynəlxalq yol statusu daşıdığından bu yol vasitəsilə keçəcək yüklər sərhəd və gömrük qaydalarına uyğun tənzimlənəcəkdir. Bu yol vasitəsilə Xankəndinə qadağan olunmuş yüklərin daşınmasına heç vaxt yol verilməyək.
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, QAC-in avtomobillərinin də sərbəst girişi təmin olunmalıdır:
"Ağdam yolundan BQXK-nin buraxılması və QAC-in yükünü gözlətməsi ayrıseçkilik hesab edirəm. BQXK-si ilə QAY-i arasında imzalanmış sazişə əsasən hər iki təşkilat beynəlxalq humanitar təşkilatı statusuna malikdir. Əgər belədirsə, QAC-in avtomobilləri Xankəndinə niyə girə bilməməlidir. Bu vəziyyət qəbul olunmazdır və BQXK-nin Cenvrədə yerləşən ofisi ilə müzakirə olunmalı olduğunu hesab edirəm. Xankəndinə BQXK-nin avtomobilləri gedə bildiyi kimi QAC-in avtomobillərinin də sərbəst girişi təmin olunmalıdır"
Məğrur,
Sitat.info