"Hər iki yoldan keçən yüklər Azərbaycanın qanunvericiliyinə uyğun şəkildə yoxlanılacaq - Vüqar İsgəndərov

15:03 18 Sentyabr 2023

"Beynəlxalq Qırmızı Xaç komitəsinin vasitəsilə artıq Ağdam-Xankəndi yolunda işlənməsi və oradan gedən yüklərin qəbul olunması, alınması müsbət haldır. Bu həm də Azərbaycanın qətiyyətinin göstəricisidir. Bu gün Laçın sərhəd-keçid məntəqəsindən də hər gün görürük ki, ərazimizdə yaşayan erməni vətəndaşlarımız həmin ərazidən keçirlər, yəni orada heç bir maneə yoxdur. Bu haqda danışan dövlət və qüvvələr də artıq susqunluq nümayiş etdirirlər. Çünki bütün dünya görür ki, insanların oradan yoxlanılaraq keçirilməsi normal bir prosesdir, hər bir dövlətin legitim hüququdur ki, Azərbaycan da bundan istifadə edir"

Bu sözləri sitat.info açıqlamasında millət vəkili Vüqar İsgəndərov deyib.
V. İsgəndərov bildirdi ki, hər iki yoldan keçən yüklər Azərbaycanın qanunlarına uyğun, sərhəd-keçid məntəqəsinin daxili nizamnaməsinə, gömrük haqqında qanun və onun nizamnaməsinə uyğun yoxlanılacaq:
"Digər bir məsələ Azərbaycan tərəfi qətiyyətlə, konkret mövqe ilə yüklərin Xankəndi və ətraf rayonlara çatdırılması marşrutunu göstərib və həmin marşrutun üzərində qətiyyətlə durub, artıq qarşı tərəfin onu qəbul etməsi onu göstərir ki, onlar da anlamağa çalışır ki, başqa yolları yoxdur.

Bu toplum xunta rejiminin girovluğundadırlar. Onlar bilməli və anlamalıdırlar ki, Azərbaycanım tərkibində, Azərbaycanın konstitusiyası və qanunları ilə daha layiqli həyat yaşayacaqlar. Təbii ki, bu marşruta gedən yüklərin hər biri Azərbaycanın qanunlarına uyğun, sərhəd-keçid məntəqəsinin daxili nizamnaməsinə, gömrük haqqında qanun və onun nizamnaməsinə uyğun yoxlanılacaq və əsasən Azərbaycan tərəfini qayğılandıracaq məsələlər həmin ərazilərə silah-sursat və digər qanuna zidd malların, əşyaların keçirilməsidir ki, bununla Azərbaycanın müvafiq orqanları mübarizə aparır və bu davamlı olaraq. Həmin ərazidən qanuna zidd heç bir fəaliyyət mümkün deyil. Artıq Rəsmi Bakı bunun qarşısını almaq üçün bütün lazımi addımları atır və Beynəlxalq Qırmızı Xaç komitəsi həmişə bu yollardan yoxlanılaraq rahat keçib, fəaliyyətini davam etdirib və indi Azərbaycanın təqdim etdiyi Ağdam-Xankəndi yolundan da rahat şəkildə keçəcək. Təkrar edirəm ki, bu məsələ qanuna uyğun olmalıdır.

Bütün sənədləşmə prosesləri Azərbaycan qanunları ilə təşkil olunur və olunacaq. Bütün bu məsələlərdə Rəsmi Bakı keçə ki, əvvəlki günlərdən konkret mövqeyini bildiribsə, hazırda da bu mövqeyin üzərində qətiyyətlə durmaqdadır. Yaxşı olar ki, həm ermənilərə havadarlıq edən dövlətlər, təşkilatlar, qurumlar anlasınlar ki, Azərbaycana heç bir təzyiq vasitəsilə təsir göstərə bilməyəcəklər. Qarşı tərəfin pozitiv siqnallar verilməsi, Ağdam-Xankəndi yolunda yüklərin daşınmasına razılıq verilməsi də dediklərimizi təsdiq edir. Bu insanlar anlamalıdır ki, orada kim terrora qulluq edirsə, kimlər Azərbaycan əleyhinə təbliğat etməyə çalışırsa onların hər biri Azərbaycan qanunları ilə mühakimə olunacaqlar. Bu məsələlərdə əli olmayan, normal yaşayan insanlar isə Azərbaycanın digər vətəndaşlarının hüquqlarından istifadə edərək ərazimizdə rahat şəkildə yaşaya biləcəklər. 

Rəsmi Bakının bu günkü mövqeyi budur. Bu insanlar cəmiyyətimizə reinteqrasiya olunub bizim bir hissəmiz olaraq gələcək həyatlarını qurmalıdırlar"

Seymur,
Sitat.info



Xəbər xətti