Gənc jurnalistin yardıma ehtiyacı var

17:13 21 Sentyabr 2023

Gənc jurnalist Şəfiqə Nazimqızı ağır xəstəlikdən əziyyət çəkir.

Sitat.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Təcili köməyə ehtiyacı olduğunu bildirən jurnalist 14 gün vaxtı qaldığını bildirib:

“Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Tam sağalmağım üçün ilik nəqli lazımdı. Xoşbəxtlikdən qardaşım donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır. Qızımı özüm böyütmək istəyirəm”.

Şəfiqəyə dəstək olmaq istəyən şəxslər üçün bank hesabı: 4127 2141 2198 9898 (ABB)



Xəbər xətti