Mirzoyan zaldan çıxmaqla sübut etdi ki... - Politoloq

14:27 22 Sentyabr 2023

Biz BMT TŞ-nin iclasında bu cür addımlarla tez-tez üzləşirik. Bir-birinə qarşı olan tərəflər iclas zamanı zalı tərk edir. Rusiya məruzəçilərinin çıxışı zamanı Avropa, Ukrayna, ABŞ nümayəndələri iclas zalını tərk ediblər. İndiki məqamda Ermənistan nümayəndəsinin bu addımı onların səmimi olmadığından xəbər verir.

Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev BMT TŞ-nin Qarabağla bağlı keçirilən iclasında Azərbaycan XİN başçısı Ceyhun Bayramovun çıxışı zamanı Ararat Mirzoyanın zalı tərk etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ceyhun Bayramovun çıxışı zamanı Mirzoyanın zalı tərk etməsi Ermənistanın danışıqlara hazır olmadığının göstəricisidir:

“İrəvan dəfələrlə Azərbaycanla sülh istədiklərini bəyan edib. Ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını, Qarabağın Azərbaycana aid olduğunu bildiriblər. Belə məqamda Ermənistan XİN başçısı Ararat Mirzoyanın Azərbaycan nümayəndəsinə və eyni zamanda həmkarına qarşı açıq şəkildə hörmətsizliyi, zalı tərk etməsi o deməkdir ki, onlar rəsmi Bakı ilə danışıqlara hazır deyillər. Əgər Azərbaycanla dialoqa hazır olsaydılar, iclas zalında çıxışı sona qədər dinləyib, uyğun suallarını verər və müzakirələr apara bilərdilər. Bu şəkildə müzakirələrdən yayınmaq isə konflikti daha da uzadır. Biz bunu Ermənistanla hər zaman yaşayırıq. Hər ilin sonunda sülh müqaviləsinə az qaldığını desələr də, sonradan müxtəlif bəhanələrlə, provokasiyalarla prosesi uzadırlar. Eyni məsələni Qarabağdakı separtçıların reinteqrasiya ilə bağlı verdiyi vədlərdən yayınması halları haqqında da demək olar. Bu da səmimi ortam olmadığını, qarşı tərəfin prosesdə maraqlı olmaması faktını təsdiq etmiş olur”.



Xəbər xətti