"Nə qədər ki, Ermənistanda başlayan çevrilişə cəhdlər uğurla nəticələnməyib, bizi hər hansı hərbi-siyasi təhlükə, təhlükəsizliklə bağlı hər hansı problem gözləmir. Amma nəzərə almaq lazımdır ki, Ermənistanda yaradılan və hazırda gedən etiraz aksiyalarını koordinasiya edən Milli Komitə Paşinyana 10 gün vaxt veriblər. Bu 10 gün müddət oktyabrın 5-də bitir və həmin gün Qranadada Paşinyanla İlham Əliyevin görüşü olacaq. Ola bilər ki, bu aksiyalarda Paşinyanı devirə bilməsələr də elə bir vəziyyət yaratsınlar ki, Paşinyan ölkədən çıxmağa risk etməsin. Beləliklə də danışıqlar baş tutmasın. Burada məqsəd aydındır. Minimum məqsəd sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır. Əgər buna nail olsalar çalışacaqlar ki, Qarabağdan ermənilərin çıxmasının qarşısını alacaqlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.
O bildirib ki, indi İrəvanda etirazçıların sayları azdır və istəyirlər ki, Qarabağdan da ermənilər gəlsin, bu destruktiv qüvvədən öz siyasi məqsədləri üçün istifadə etsinlər: "Digər tərəfdən də əhalinin hamısının Qarabağı tərk etməsini istəmrlər. Çünki sonradan həmin erməniləri geri qaytarmaq çətin olacaq.
Biz isə çalışmalıyıq ki, Qarabağda gedən prosesləri mümkün qədər ən qısa müddətdə bitirək. Yolları açmaq və hər cür imkan yaratmaq lazımdır ki, ölkəmizi tərk etmək istəyən ermənilər maksimum sürətlə çıxsınlar, bu proses maksimum böyük sürətlə getməlidir. O zaman bizim görəcəyimiz işlər də qısa zamanda yekiunlaşar".
S.Əkbər Qarabağdan çıxanlar üçün Kəlbəcər yolunun açılmasını da təklif etdi: "Hətta bunun üçün Kəlbəcər yolunu da açmaq olar .Silahı yerə qoyan erməniləri Kəlbəcər yolu ilə də ölkədən çıxartmaq olar, mülki şəxsləri isə Laçın yolu ilə çıxartmaq olar. Bir sözlə prosesi maksimum sürətləndirməliyik".
Nərgiz,
Sitat.info