Ermənilərin kütləvi köçü, Xankəndidəki partlayış: Prosesləri tətikləyən üçüncü əl var...

20:20 26 Sentyabr 2023

"Qarabağdakı erməniləri Rusiya oraya köçürüb. Bəzilərini 200 il əvvəl, bəzilərini müharibədən sonra. İndi onların arasında belə bir vahimə yarandı və kütləvi şəkildə köçməyə başladılar. Bu məni həm şübhələndirir, həm də düşündürür. Azərbaycan ordusu orada apardığı anti-terror əməliyyatında mülki əhaliyə atəş açmadı, toxunmadı, yalnız hərbi hədəfləri sıradan çıxartdı.  Buna rəğmən böyük bir panika başladı və oinsanlar evlərini atıb qaçmaq üçün böyük bir basabas yaratdılar. Mən düşünürəm burada üçüncü bir əl var. Biz etnik təmizləmə aparmırıq, heç bir erməniyə toxunmamışıq".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Onun sözlərinə görə, 4 gündür ki,  Xankəndinin elektrik təminatını biz həyata keçiririk, 2 gündür ki, Xankəndinin qaz təchizatı da Azərbaycan tərəfindən həyata keçirilir: "Bu günlərdə internet də veriləcək. Məni çox düşündürən bir məqam da var. Yanacaq çəninin partlaması məni çox şübhələndirir. Burada iki versiya üzərində dayanmaq istəyirəm. Birinci versiyada qarabağdakı silahlıları günahlandırmaq istəyirəm. Xeyli adam öldü, 200-dən çox yaralı var. Məqsəd hadisəni Azərbaycanın üzərinə atmaqdır. Guya bunu Azərbaycan edib və Xankəndidən  köçü sürətləndirməyə çalışır. Halbuki bu çən partladılana qədər Xankəndidən də, digər bölgələrdən də qaçaqaç başlamışdı. Proses normal gedirsə çəni partlatmağa nə ehtiyac var idi". 

Q.Hüseynli bildirdi ki, digər məsələ qarışıqlıqdan istifadə edərək, terrorçu rejimin təhbərliyinin aradan çıxmasıdır: " Ancaq onlar bunu başqa yollarla da edə bilərlər. Hələ ki, qaçmağa yox, Xankəndidə qalıb Azərbaycan tərəfi  ilə danışıqlar aparmağa çalışırlar. Özlərinə bəraət qazandırmaq üçün Azərbaycanın qarşısında uğurlu siyasət keçirdiklərini göstərməyə çalışırlar. 

Kimlərsə bölgədə sabitliyin olmasını istəmir, buradan daha çox adamın çıxıb İrəvana doğru getməsini istəyir. Səbəb ermənistanda ara qarışsın, Paşinyana qarşı çıxış edən elektoratın bazası genişlənsin. Ermənistanda xaos yaransın və Nikol Paşinyanı devirsinlər. Bunun üçün hər yola əl atmağa hazırdırlar. Bu qüvvələr kimdir deyə soruşsanız, bütün dəlillər Rusiyanı göstərir...".

Məğrur Salmanov,

Sitat.info

 



Xəbər xətti