"2024-cü ilin büdcəsində Qarabağın bərpa və yenidənqurması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, öncəki 2 ildə də büdcədə belə bir vəsait var idi. 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra bu vəsaitin həcmində də artımlar oldu. Əgər əvvəlki illərdə 2 milyard manat idisə, sonradan bu rəqəm təxminən 2 dəfəyə yaxın artırıldı".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib.
O, bildirib ki, bu səbəbdən Qarabağda Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquqları əldə edəcəklər: " Konstitusiyanın ölkədə yaşayan bütün vətəndaşlara təsbit etdiyi hüquqları Azərbaycan vətəndaşlığını alan digər sakinlər də əldə etmiş olacaq. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində vəsaitin ayrılması nəzərdə tutulacaq. Çünki söhbət Azərbaycan kənd və şəhərlərinin bərpasından gedir".
Deputatın sözlərinə görə, Azərbaycan daha qısa müddətdə Qarabağ və Şərqi Zəngəzuru bərpa etməyə və vətəndaşlarımızın həmin bölgəyə qayıdışını təmin etməyə çalışır: "Şərqi Zəngəzurda məskunlaşma prosesinin başladığını nəzərə alsaq, növbəti il də bu istiqamətdə bəapr-yenidənqurma işlərinin davam edəcəyi gözlənilir".
Nərgiz,
Sitat.info