Ukrayna ordusu yanvarın 1-dən Rusiyanın işğal etdiyi torpaqları azad etmək üçün hücuma keçib. Lakin hücum Kiyevin planlaşdırdığı kimi getmir. Çünki Ukraynanın gücü Rusiyanın müdafiəsindən üstün deyil.
Hücumda on minlərlə insan həlak olub, milyardlarla dollar xərclənib. Amma Ukrayna 9 ay ərzində öz ərazisinin çox kiçik bir hissəsini geri ala bildi.
Ukrayna yanvarın 1-dən ərazisini geri almaq üçün hücuma keçdi. Qərbdən gələn hava hücumundan müdafiə sistemləri və xüsusi sursatlar istifadə olunmağa başladı.
Ukrayna sentyabrın 25-dək cəmi 370 kvadrat kilometr ərazini geri ala bildi. Rusiya 857 kvadrat kilometr ərazini ələ keçirdi.
Rus ordusu geniş müdafiə xətti qurdu. Qarşıdurmalar Bahmut bölgəsində cəmləşib. Bu şəhər kritikdir, çünki Baxmutu Ukrayna geri alsa, Rusiyanın Krımdakı qoşunlarına təmin etdiyi logistika kəsiləcək.
Rusiya bölgəyə minalar qoyaraq zirehli birləşmələrin irəliləməsini ləngitdi. Ukrayna ordusu dronlarla Rusiya hərbçilərinə ağır itkilər verir.
Regionda münaqişələr çox kəskindir. Müharibə başlayandan bəri ümumilikdə 500 minə yaxın əsgər həlak olub. Ekspertlər Rusiyanın sərt müdafiəsinin Qərbin Ukraynadan üz döndərməsinə qədər davam edəcəyini proqnozlaşdırırlar.
Nərgiz,
Sitat.info