2050-ci ilə qədər dünyada hər altı nəfərdən biri “qoca” olacaq

18:18 2 Oktyabr 2023

Türkiyə Hacettepe Universiteti (HÜ) Tibb Fakültəsi Müəllim Prof. Dr. Yeşim Gökçe Qutsal bildirib ki, 2050-ci ildə dünyada hər 6 nəfərdən birinin “qoca” olacağı təxmin edilir.
Sitat.info xəbər verir ki, o, 1 oktyabr Ümumdünya Ahıllar Günü ilə bağlı verdiyi açıqlamada  dünyada yaşlı əhalinin gündən-günə artdığını qeyd edib. 

Yeşim Gökçe, yaxın 30 ildə dünya üzrə yaşlı insanların sayının iki dəfədən çox artacağını və 2050-ci ildə təxminən 1,6 milyard nəfərə çatacağının təxmin edildiyini deyib.

 "Təxminlər göstərir ki, 2050-ci ildə qlobal səviyyədə hər 6 nəfərdən biri yaşlı insan olacaq. Yaşlıların sayı Şimali Afrika və Qərbi Asiyada 226 faiz artacağı, 2019-cu ildəki 29 milyonun  2050-ci ildə 96 milyona çatacaq. İkinci ən sürətli artım 65 və daha yuxarı yaşlı əhali ilə bağlıdır. 218 faiz artaraq 2019-cu ildəki 32 milyondan 2050-ci ildə 101 milyona yüksələ biləcək. Əksinə olaraq, Avstraliya və Yeni Zelandiyada bu artım  nisbətən kiçik olacaq - 84 faiz, Avropa və Şimali Amerikada isə 48 faiz.  Çünkii burada əhali artıq dünyanın digər hissələrinə nisbətən xeyli yaşlıdır.

Ayna,

Sitat.info

 



Xəbər xətti