"44 günlük vətən müharibəsi və 24 saatlıq lokal antiterror tədbirləri ilə artıq Azərbaycan tam suverenliyi bərpa etdi. Yəni artıq 21-ci əsrdə bu qədər olmuş müharibələr, münaqişələr içərisində yeganə Azərbaycan Respublikası və onun prezidentinin yeritdiyi uğurlu siyasət bu münaqişəni həll etdi və Azərbaycanı dünyanın ən qürurlu xalqlarından birinə çevirdi"
Sitat.info xəbər verir ki, bu sözləri millət vəkili Vüqar İsgəndərov deyib.
V. İsgəndərov bildirib ki, 2024-cü ilin başlanğıcında suverenliyimiz tamamilə bərpa olacaq:
"Artıq Qarabağ İqdisadi Rayonunda müstəqilliyimizin, suverenliyimizin tamamilə bərpa olunması və oradakı qondarma "Artsax"ın özünü buraxması və qondarma institutların ləğv olunması üçün yanvarın 1-nə qədər vaxt istəməsi təbii ki, həmin müddətə qədər Azərbaycanın bütün dövlət institutlarının orada fəaliyyət göstərəcəyini ehtiva edir. Artıq Dövlət Miqrasiya Xidməti, Sosial Müdafiə Nazirliyinin orada fəaliyyət göstərməsi yaxın zamanlarda mərhələli şəkildə orada formalaşdırılması öz əksini tapacaq. Xankəndi və digər rayonların tamamilə Azərbaycan dövlət strukturlarına və digər sahələrə bağlanması yaxın zamanların məsələsidir. Düşünürük ki, bütün dövlət strukturları orada zaman-zaman fəaliyyətlərinə başlayacaq. Artıq biz 2024-cü ilin başlanğıcında görəcəyik ki, hər şey Azərbaycanın tələb etdiyi kimidir"
Səid,
Sitat.info