"Ermənilər qayıdacaqlar, reinteqrasiya isə bir qədər zaman alacaq" - Üzeyir Cəfərov

16:02 4 Oktyabr 2023

"Hazırda Xankəndidə az sayda da olsa ermənilər qalıblar. Onlar hələ Azərbaycan  dövlət qurumlarının oradkaı nümayəndələrinə müraciət etməyə psixoloji olaraq çətinlik çəkirlər. Yavaş-yavaş BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı erməni millətindən olan Azərbaycan  vətəndaşlarını Xankəndi və ətraf qəsəbələrə geriyə qayıdışını müzakirə edirlər. Yəqin ki, bir qismi qayıdacaqlar". 

Bu sözləri Sitat.info-ya açıqlamasından hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, yaranan digər bir sual isə ondan ibarətdir ki, niyə Azərbaycan tərəfi Xankəndidən nə qədər erməninin köçdüyü  ilə bağlı rəqəmləri özləri açıqlamırlar: " Bu rəqəmlər Azərbaycan tərəfində var, ancaq hələ açıqlamaqda tələsmirik. Ermənilər o rəqəmləri şişirdirlər. Azərbaycan tərəfi sual ortaya qoysa ki, Laçın yolundan 100 min insanın qısa müddətdə sərhədi keçməsi mümkündürmü, o  zaman onların cavabı nə olacaq? Yolun texniki imkanları buna imkan vermir. 105 min erməni deyirlər, bu nə qədər avtomobil deməkdir. Şişirdilmiş rəqəmdir və Ermənistanın bu yalanına ABŞ kimi bir dövlət də inanır və təsdiqləyir. Bu insanlar unudurlar ki, Xocalıdan insanlar hansı vəziyyətdə köçmüşdürlər. Ayaqyalın qarın içi ilə gəlmişdilər, sonradan çoxunun ayağı kəsildi. O hadisələr kadrlarda var. Bunları ABŞ təmsilçilərinin qarşısına qoymaq lazımdır. Biz onları su ilə, şokolad ilə yola salırıq". 

Ü.Cəfərov qeyd edib ki, ermənilər qayıdacaqlar, ruslar da orada bir müddət qalmağa çalışacaqlar: "Biz oraya fransızların, almanların gəlməsinə inanmıram ki, icazə verək. Təəssüf ki, reinteqrasiya məsələsi bir qədər uzanacaq. Ermənilərin Azərbaycan  cəmiyyətinə uyğunlaşması zaman aparacaq. Artıq sülhməramlıların getməsinə çox az qaldı. Nazirliklər artıq işə başlaylr, sürətlə iş aparılacaq. Azərbaycan həm də böyük bir yükün altına girib. Biz belə bir tarix yaşamamışdıq, biz ölkədə separatizmə son qoyduq. Çox böyük iş gördük, əsgər və zabitlərimizə minnətdarıq. Sevincimiz çox böyükdür, saxlanılan terrorçu rəhbərlər cəzalarını almalıdırlar ki, bu hamıya dərs olsun. Biz gələcək nəsil üçün də bu işi görmüş olduq". 

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti